Azərbaycan və Rusiya XİN başçıları Qarabağ bəyanatını müzakirə ediblər Ceyhun Bayramov və Sergey Lavrov
Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
Bu barədə "Report” Rusiyanın Xarici İşlər Nazirliyinə isitnadən xəbər verir.
Məlumata görə, XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli Bəyanatın reallaşdırılmasını müzakirə ediblər.
"Tərəflər bu ilin 9 noyabrından Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Bəyanatının icra edilməsinin gedişatını, həmçinin gündəlikdə duran regional və beynəlxalq məsələləri ayrıca müzakirə ediblər", - Rusiyanın Xarici İşlər Nazirliyinin tərəflərin telefon danışığının nəticəsinə əsasən xəbərində deyilir.
Şərhlər