Siyasət 11:41 31.10.2020

Ceyhun Bayramovdan Türkiyəyə dəstək paylaşımı (FOTO)

Xarici işlər naziri Ceyhun Bayramov İzmirdə baş verən zəlzələ barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə telefonla danışıb.

O, bu barədə Twitter” hesabında paylaşım edib. 

"İzmir zəlzələsi nəticəsində həyatını itirənlərin ailə və yaxınlarına dərin hüznlə başsağlığı bildirdim, yaralılara Allahdan şəfa dilədim. Həmrəyliyimiz, dəstəyimiz, dualarımız sizinlədir, qardaş #Türkiyə!”, - deyə nazir əlavə edib.