Siyasət 13:21 25.02.2014

“Ceyhun Osmanlı cinayət məsuliyyətinə cəlb olunsun” - Deputat

Millət vəkili İqbal Ağazadə həmkarı Ceyhun Osmalının jurnalistin səs yazısını yazması və onu Baş Prokurorluğa təqdim etməsi bağlı məsələ qaldırıb. 

”Qafqzinfo” xəbər verir ki, millət vəkili qeyd edib ki, 2009- cü ildə keçirilən referendumda Konstutisyaya 32-ci maddəsinə edilən dəyişikliyə əsasən qanunla müəyyən edilmiş hallar istisna olmaqla heç kim şəxsi xəbəri olmadan və yaxud etirazına baxmayaraq izlənilən bilməz, video  foto çəkilməsinə və səs yazısı yazıla bilməz. Və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Təəssüf edirəm ki, parlamentin deputalarının əksəriyyəti bu dəyişikliyə səs verib. Sonra o, referendumda qəbul edilib.  

Bunu referendumda qəbul edib Konstutusiya normasına çevriməyimizə baxmayararq bu günlərdə deputat həmkarmız Ceyhun Osmanlı bir jurnalistin səsini yazıb və həmin telefonu Baş Prokurorluğa təqdim etməsinə dair açıqlama verib. Azərbaycan Konstitusiyasına və qanunlarına Milli Məclis üzvü tərəfindən həqarət olunub. Nəinki hüquqi həttta mənəvi baxımdan da bunu qəbul etmək mümkün deyil. Bu çox eybəcər tendensiyadır. Hesab edirəm ki, deputat buna təkzib verməlidir ki, belə bir hərəkət etməmişəm. Əgər edibsə, Konstutisiyanı pozduğuna görə Cinayət məsuliyyətinə cəlb olunmalıdır".

Spiker isə İqbal Ağazadəyə "Bununla bağlı əlində sübut varmı?" sualını ünvanlayıb:

"Siz millət vəkilisiniz, hakim deyilsiniz. Sizin əlinizdə sübut varmı ki, bu telefon verib? Sübut tələb edən məsələləri Milli Məclisn gündəminə gətirmək bizim səviyyəmizə uyğun deyil. Niyə artıq söhbətlər yaradırsınız".

Qaynar.info