Siyasət 16:35 25.01.2014

Ceyms Uorlik: “İndiki status-kvo qəbuledilməzdir”

“Münaqişənin həllində tərəflərin daha çox siyasi iradə göstərməsinə ehtiyac var”

“Dağlıq Qarabağ münaqişəsinin həllində tərəflərin daha çox siyasi iradə göstərməsinə ehtiyac var”. APA-nın xəbərinə görə, bunu özünün “Twitter” səhifəsində ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik yazıb. O, indiki status-kvonun qəbuledilməz olduğunu qeyd edib.  

Xatırladaq ki, yanvarın 24-də Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin həmsədrlərin iştirakı ilə növbəti görüşü keçirilib.

Qaynar.info