Ölkə 16:00 12.09.2018

“Ceyranları qoruyaq” kampaniyası: Arxivə qovuşmaq üzrə olan Acınohurdan fotosərgi

"Ceyranları qoruyaq” kampaniyasının təsiri nəticəsində 20 gündən artıqdır Acınohur düzündə əkin işləri dayandırılıb.

Qaynarinfo xəbər verir ki, kampaniya təşkilatçılarının səyi ilə planlaşdırılan ərazinin 10%-dən də azı şumlanıb, ardınca iş sonlandırılıb. Kampaniya "Demək olar ki, arxiv” adlı fotosərgi ilə yekunlaşacaq.
 
Sərgi 12 sentyabr saat 19:00-da İslam Səfərli 9 ünvanında yerləşən "Coffee Moffie"də keçiriləcək. Açılışda bu mövzu ilə bağlı kiçik çıxış və müzakirə olacaq. Sərginin 3 gün davam etməsi nəzərdə tutulub.

Kampaniya üzvləri Acınohur düzündə, Qax Dövlət Yasaqlığında baş vermiş və planlaşdırılan əkin işlərinin ətraf mühitə və biomüxtəlifliyə təhdidini fotoların dili ilə diqqətə çatdırmaq istəyir.

Əgər Acınohur qorunmasa, bütün mənzərələr, gözəlliklər, fərqliliklər hamısı arxivə qovuşacaq.