Dünya 16:34 15.08.2018

Cim Mattisə "dəli it" bənzətməsi

Boliviyanın dövlət başçısı Evo Morales ABŞ-ın müdafiə naziri Cim Mattisi "dəli it" adlandırıb.

Qaynarinfo xəbər verir ki, Braziliyaya səfər edən Mattis Venesueladakı vəziyyəti qiymətləndirib və iqtisadi böhranın həllində Braziliyanın iştirakının vacibliyini vurğulayıb. Morales isə Cim Mattisi və ABŞ-ın Cənubi Amerika ölkələrinə müdaxiləsini tənqid edib:
"Biz ABŞ-ın müdafiə naziri Cim "dəli it" Mattisin Cənubi Amerikaya ABŞ mənfəətlərini müdafiə məqsədilə etdiyi səfərini qınayırıq. Latın Amerikası və Qəraib sülh bölgəsində təbii sərvətlərimizi oğurlamaq məqsədilə qurulan ABŞ hərbi bazalarını rədd edirik".

Gülşən