Azərbaycan idmanının çoxlu problemləri var.
Qaynarinfo xəbər verir ki bunu Mill Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Milli Məclisin Gənclər və İdman Komitəsinin iclasında deyib.
Çingiz Hüseynzadə iclasda bir sıra problemlərə toxunub. Qeyd edib ki ilk öncə idmanda maliyə problemi var:
"İdman istehsalat deyil, özü-özünü maliyyələşdirə bilmir. Dünyada əsas norma idmanın sponsorlar tərəfindən maliyyələşməsidir. Heç bir sponsor idmana maliyyə ayırmır. Nəyə görə? Bu onun vergi ənənəsinə mənfi təsir göstərir. Azərbaycanda qanunvericilikdə müəyyən güzəştlər tətbiq olunmadıqca, sponsor cəlb etmək bir o qədər çətinləşəcək. Bu məsələni Milli Məclisdə qaldırmaq lazımdır Bu, qanunvericiliklə bağlıdır".
Vitse-prezident bildirib ki, problemlərdən biri də tədrislə bağlıdır:
"Etiraf etməliyik ki, orta məktəblərdə idman dərsləri demək olar ki, keçirilmir. Digər ölkələrdə universitet komandaları çoxluq təşkil edir. Atletika və bəzi komanda idman növlərində bunlar var. İdman əsas fənnlərdən biri olmalıdır. Həftədə iki idman dərsi çox azdır".
Çingiz Hüseynzadə həmçinin bildirib ki, bir çox ölkələdə idmanla bağlı ayrıca məhkəmələr də var.
Qafqaz Rafiqoğlu
Şərhlər