Maqazin 10:51 17.09.2014

Cinsi performansı artıran ən faydalı meyvə

Banan həm dadına, həm də faydalarına görə vaz keçilməz meyvələr arasındadır.

Lif baxımından zəngin olan bu meyvə bədəni qidalandırır. Həmçinin B1, B2, B6, C, D və E vitaminləri sayəsində insanı qripdən, soyuqdəymədən, infeksiyalardan qoruyur.

Ürək əzələlərini gücləndirir. Mədə xəstəliklərində faydalıdır. Həzm problemlərini aradan qaldırır, qandakı xolesterolun səviyyəsini azaldır.

Bananın bir digər faydası isə enerjini artırmasıdır. Buna görə də cinsi performansı artıran qidalar arasına daxil edilir. Gün ərzində bir ədəd banan yeyən kişilər sekslə məşğul olarkən tez yorulmurlar və performansları qadınların yaddaşında həmişəlik həkk olunur.

Banan yeyən qadınlar daha ehtiraslı olurlar. Buna səbəb bananın tərkibindəki bromelain adlı maddədir.

Yorğunluğu və yuxusuzluğu aradan qaldıran banan seks həyatından məmnun qalmaq istəyənlərin hər gün yeməli olduqları meyvələrdən biridir.//tabloid.az

Qaynar.info