Xəbər lenti

CNN: Trampa zəhər göndərən qadın silahla sərhədi keçərkən yaxalandı
Dünya 13:02 21.09.2020

CNN: Trampa zəhər göndərən qadın silahla sərhədi keçərkən yaxalandı

CNN xəbər verir ki, Ağ Evə ritsin (bitki mənşəli zəhərdir (fitotoksin). – red) bağlaması göndərən şübhəli şəxsin qadın olduğu üzə çıxıb. 

Qaynarinfo xəbər verir ki, ABŞ hüquq-mühafizə rəsmilərinin sözlərinə görə, qadın Nyu York əyalətindəki sərhəd-keçid məntəqəsində Kanadadan ABŞ-a girmək istəyərkən tutulub. Onun silahlı olduğu məlum olub.
 
Qadınla bağlı həbs qərarı çıxarılıb, Vaşinqton prokurorluğu ona qarşı ittiham irəli sürməyə hazırlaşır. 

Xatırladaq ki, bir qədər əvvəl ABŞ-da prezident Donald Trampın adına göndərilən bağlama müəyyən edilmişdi. Paketdə ritsin zəhərinin olduğu deyilir. Onunla zəhərlənmə ölümə səbəb ola bilər.
 
 Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->