Dünya 10:52 14.09.2019

Con Boltonu kim əvəzləyəcək? (FOTO)

Ötən günlərdə istefaya gedən ABŞ-ın Milli Təhlükəsizlik Müşaviri Con Boltonun yerinə əsas namizədin adı açıqlanıb.

Qaynarinfo xəbər verir ki, "Washington Post"da dərc olunan xəbərə görə Trampın girov işləri üzrə xüsusi səfiri, vəkil Robert O'Brienlə danışıqlar aparılır. Məlumata görə, O'Brienin Pentaqon, həm də Dövlət Departamentinin üzvləri ilə yaxşı münasibəti var və müşavir postuna ən real namizəddir. 

ABŞ Dövlət Katibi Mayk Pompeo da Robert O'Brienin bu vəzifəyə təyinatına dəstək verir. 

Boltonun köməkçisi Çarlz Keppermanın da adı namizədlər arasındadır.

Qeyd edək ki, Con Bolton Ağ Evdə fikir ayrılıqlarına görə 10 sentyabrda istefaya getmək məcburiyyətində qalmışdı.

Gülşən