Dünya 14:36 02.09.2018

Makkeynin yasında Corc Buş Mişel Obamaya konfet verdi

ABŞ Senatoru Con Makkeynin dəfn mərasimində sabiq prezident Corc Buşla digər sabiq prezident Barak Obamanın xanımı Mişel Obama arasında maraqlı anlar yaşanıb.

Qaynarinfo xəbər verir ki, həyat yoldaşı Laura Buşdan konfet alan Corc Buş şirniyyatları onunla yanaşı oturan Mişel Obamaya gizlincə verib. Bu hadisəni görən Laura Buş və Barak Obama gülümsəyərək reaksiya veriblər.

Qeyd edək ki, mərasimdə Obama və Buş Makkeynin xatirəsini yad edib və nitqlə çıxış ediblər.

Gülşən