"Toy məclisinin nə vaxt baş tutacağı ilə bağlı məlumat verə bilmirəm. Çünki tarix məlum deyil".
Bunu Qaynarinfo-ya açıqlamasında Akademik Milli Dram Teatrının aktyoru Corc Qafarov deyib.
Aktyor şəxsi həyatı haqqında danışmaq istəmədiyini vurğulayıb:
"Ümid edirəm ki, hər kəs bunu anlayışla qarşılasın".
Qeyd edək ki, Akademik Milli Dram Teatrının aktyoru Corc Qafarov nişanlanıb. O, 2019-cu ilin dekabrından Akademik Milli Dram Teatrının aktyorudur, həmçinin həmin il Suraxanı rayonunun Qaraçuxur bələdiyyəsinə üzv seçilib. Bələdiyyədəki fəaliyyəti ilə birlikdə aktyorluq karyerasını da davam etdirir.
Bahar Rüstəmli
Şərhlər