ABŞ-ın növbəti prezidenti o ola bilər

ABŞ-ın növbəti prezidenti o ola bilər

ABŞ-ın sabiq prezidenti Barak Obamanın köməkçisi olmuş Cou Bayden 2020-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, o, bu barədə Doverdə Demokratlar Partiyasının tədbirində çıxışı zamanı deyib. Bayden ABŞ demookratiyasının dağılmaq üzrə olduğunu vurğulayıb: "Bu ölkəni yenidən birləşdirməyə məcburuq. Gözlərimiz önündə baş verənlərin fərqində olsaq, yaxşı olar. Bir neçə il öncə mənə Amerika demokratiyasının parçalanıb, dağılacağını desəydiniz, sizə gülərdim".

Qeyd edək ki, 75 yaşlı siyasətçi daha öncə 1988 və 2008-ci illərdə Demakratlar partiyasından prezidentliyə namizəd olmuş, lakin sonradan namizədliyini geri götürmək məcburiyyətində qalmışdı.

XƏBƏRLƏR
BLOGLAR