Sağlamlıq 19:35 01.01.2021

COVİD-19-un daha bir mənfi təsiri - Psixoz xəstəliyinə səbəb olur

İnsanların sağlam həyat ritmini pozan koronavirus sürətlə yayılmaqda davam edir.

Hazırda dünyada 83 milyonun əziyyət çəkdiyi bu xəstəliyin günbəgün başqa simtomları meydana gəlir. Öskürək, boğaz ağrısı, dad və iyibilmə duyğularının itirilməsi ilə müşahidə edilən Covid-19 bəlasının başqa mənfi təsiri də ortaya çıxıb.

Axşam.az xarici KİV-nə istinadən bildirir ki, Covid-19-a yoluxan bəzi insanlarda bir müddət sonra psixoz xəstəliyi meydana gəlib. Bu xəstələr halüsinasiyalar görür və batil inanclara inanmağa başlayır. Onlarda şəxsiyyət dəyişiklikləri və düşüncə pozğunluğu da müşahidə edilir.

Nyu Yorkda yaşayan bir qadın Covid-19 müalicəsi aldıqdan sonra evə buraxılıb. Lakin daha sonra həmin şəxs yenidən həkimə müraciət edərək uşaqlarının öldürüldüyünü və indiyə qədər eşitmədiyi səslər eşitdiyini deyib.Hətta qadın xəstəxanada tibb bacısını şeytan cildində gördüyünü deyib. Müayinədən sonra qadında psixoz xəstəliyi aşkarlanıb.

Aparılan tədiqiqatlar göstərib ki, psixoz koronavirusdan sağalan  insanlarda həftələr sonra meydana gəlir. Belə simptomun yaranma səbəbi  virusun beyinə təsir edərək orada mənfi təsirlər  yaratmasıdır.

Qeyd edək ki,  koronavirusdan sağalan qadının daha əvvəl psixoloji problemləri olmayıb.