Sağlamlıq 20:19 09.01.2022

COVID-19 ürəyə necə təsir edir?

"Koronavirus infeksiyasına yoluxma zamanı ürək-damar xəstəliklərindən ölüm halları ilə bağlı məlumatlar hətta eyni ölkə daxilində də dəyişir".

Qaynarinfo xəbər verir ki, bunu Rusiya Səhiyyə Nazirliyinin baş müstəqil kardioloqu Sergey Boytsov deyib. 

"Radio Rusiya”nın efirində çıxış edən kardialoqun sözlərinə görə, hazırda dünyanın əksər ölkələrində COVID-19 fonunda ürək xəstəliklərindən ölüm hallarının artımı 10-12% təşkil edir:

Ürək-damar xəstəliklərinin fəsadları, o cümlədən ölüm halları təkcə koronavirusla deyil, həm də əksər infeksiyalarla bağlıdır. Qrip epidemiyası zamanı miokard infarktından ölüm 30 faizə qədər yüksəlir. Əsasən ya ürək çatışmazlığı, ya da aritmiyalar nəticəsində qəfil ölüm mexanizmi ilə əlaqəli olan koronar ürək xəstəliyinin digər formalarından ölüm təxminən 10 faizdir”.
 
Xəyal