Xəbər lenti

COVID-i keçirənlərin
Ölkə 09:34 01.12.2021

COVID-i keçirənlərin "Omikron"a yoluxma riski daha çoxdur? - İnfeksionist

"Kimin nə deməsindən asılı olmayaraq, iki dəfə peyvənd olunan insanların "Omikron” ştamına yoluxması heç bir problem yarada bilməz. İkincisi, COVİD-19-u keçirmiş insanlar üçün də bu, problem deyil”.

Bunu Qaynarinfo-ya açıqlamasında infeksionist Namiq Nəbiyev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19-a yoluxmuş insanların yeni "Omikron" ştamına yoluxma riskləri daha çoxdur" fikirinə münasibət bildirərkən deyib.
 
Onun sözlərinə görə, orqanizmin tanıdığı bir virusun insana hər hansı bir zərbə yaratması inandırcı deyil:

"Çünki vətəndaş COVİD-19 virusunu keçirib, virusi oqranizmində gəzdirib və sağalıb. İmmun sistemi də artıq bu virusu tanıyıb. Bütün bunlardan sonra onun insana zərbə yaratması inandırcı deyil”.
 


Namiq Nəbiyev "Omikron”un sürətlə yayıldığını bildirsə də, hələ bununla bağlı geniş məlumat verilmədiyini də bildirib:

"Bizim praktikamız ondan inarətdir ki, əgər istəlinən bir virus yayılırsa, onun peyvəndi vurulmalıdır. Biz iki ildən çoxdur ki, insanlara peyvənd olunmaq çağırışı edirik. Ona görə ki, COVİD-19 virusunun ştamları dəyişir. Koronavirusun digər ştamlardan fərqi odur ki, bu virus 3-6 aydan bir dəyişə-dəyişə gedir”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı yaydığı məlumatda "COVID-19-a yoluxmuş insanların yeni "Omikron" ştamına yoluxma riskləri daha çoxdur”, – deyə bildirilib.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->