Video 19:13 01.09.2018

Cüdo üzrə dünya çempionatının promo-videoçarxı təqdim olundu (VİDEO)

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı ilə bağlı promo-videoçarx hazırlanıb.

Qaynarinfo xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytında yerləşdirilən videoda Azərbaycan böyük enerji resurslarına və zəngin mədəniyyətə malik olmaqla yanaşı, Odlar Yurdu və Cüdo Yurdu kimi təqdim olunur.

"Cüdo ulduzları sentyabrda Azərbaycanda ilin ən böyük idman tədbiri sayılan dünya çempionatında qarşılaşa bilərlər. Bizə qoşulun ki, cüdoçuların idman dəyərlərindən necə dərs keçdiklərini, Odlar Yurdunun həm də Cüdo Yurdu olduğunu görəsiniz", - promo-videoçarxda vurğulanır.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı 20 - 27 sentyabrda Milli Gimnastika Arenasında təşkil olunacaq.