Video 18:17 17.05.2019

Cüdoçumuzun Böyük Dəbilqədə etdiyi ippon birinci oldu (VİDEO)

Beynəlxalq Cüdo Federasiyası Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə keçirilmiş Böyük Dəbilqə turnirində idmançıların həyata keçirdikləri ən yaxşı ipponları təqdim edib.

Qaynarinfo xəbər verir ki, "5-lik"də Azərbaycanın iki cüdoçusunun təmiz qələbəyə səbəb olan fəndi yer alıb.

73 kq çəki dərəcəsində mübarizə aparan Telman Vəliyevin bürünc medal uğrunda görüşdə rusiyalı Denis Yartsevə qarşı işlətdiyi fənd 4-cü yerə layiq görülüb.

Nicat Şıxəlizadənin (66 kq) yarımfinalda Monqolustan təmsilçisi Basxu Yondoperenleyə qarşı fəndi isə birinci olub.

Qeyd edək ki, Şıxəlizadə Böyük Dəbilqədə gümüş, Vəliyev isə bürünc medal qazanıb. Turnirdə Hidayət Heydərov (73 kq) qızıl, Məmmədəli Mehdiyev (90 kq) gümüş, Rüstəm Orucov (73 kq), Zelim Kotsoyev (100 kq) və İrina Kindzerska (78 kq) bürünc medala sahib olub.