Foto 00:54 02.07.2018

"DÇ-2018": Xorvatiya Danimarkanı udub 1/4 finala çıxdı (FOTO/VİDEO)

Rusiyada keçirilən dünya çempionatı davam edir.

Qaynarinfo xəbər verir ki, bu gün 1/8 final mərhələsinin daha 2 görüşü baş tutub.

Günün ikinci qarşılaşması Xorvatiya ilə Danimarka arasında oynanılıb. Oyunun əsas və əlavə vaxtında qalib müəyyənləşməyib - 1:1. Hesabı 2-ci dəqiqədə Matias Yorgensen açıb. Xorvatiya 2 dəqiqə sonra Mario Mancukiçin qolu ilə bərabərliyi təmin edib. Xorvatların 117-ci dəqiqədə oyunun taıeyini həll etmək şansı olsa da, Luka Modriç prnaltini vura bilməyib.

Cütün qalibi enalti seriyasında müəyynləşib. Danimarka futbolçuları 5 zərbədən cəmi 2-sini dəqiq yerinə yetirib. Xorvatlar isə 3 zərbəni qola çevirərək 1/4 finala çıxıblar. 

Qeyd edək ki, bir gün əvvəl Fransa Argentinanı, Uruqvay Portuqaliyanı mübarizədən kənarlaşdıraraq 1/4 finala vəsiqə qazanıb. Bu komandalar yarımfinala vəsiqə uğrunda mübarizə paracaq. Günün ilk qarşılaşmasında isə Rusiya İspaniyanı penalti seriyasında yenərək 1/4 finala çıxıb. Ruslar bu mərhələdə Xorvatiya ilə qarşılaşacaq.
 
DÇ-2018
1/4 final
1 iyul

Xorvatiya - Danimarka 1:1 (Penalti - 3:2)
Qollar: Mario Mancukiç, 4 - Matias Yorgensen, 2.
İstifadə olunmayan penalti: Luka Modriç, 117.
Penalti seriyası: Andrey Kramariç, Luka Modriç, İvan Rakitiç Simon Kyaer, Maykl Kron-Dehli.
Qol olmayan penaltilər: Milan Badel, Yosip Pivariç Kristian Eriksen, Lasse Şköne, Nikolay Yorqensen.
Xorvatiya: 23. Daniel Subaşiç, 2. Şime Vrsalko, 3. İvan Striniç (22. Yosip Pivariç, 81), 4. İvan Perişiç (9. Andrey Kramariç, 97), 6. Deyan Lovren, 7. İvan Rakitiç, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç (8. Mateo Kovaciç, 71), 17. Mario Mancukiç (19. Milan Badel, 108), 18. Ante Rebiç, 21. Domaqoy Vida.
Ehtiyat oyunçular: 1. Dominik Livakoviç, 12. Lovre Kaliniç, 5. Vedran Korluka, 14. Filip Bradariç, 15. Duje Kaleta-Sar, 13. Tin Yedvay, 20. Marko Pyasa.
Baş məşqçi: Zlatko Daliç.
Danimarka: 1. Kasper Şmeyxel, 4. Simon Kyaer (k), 5. Yonas Knudsen, 6. Andreas Kristensen (19. Lasse Şköne, 46), 8. Tomas Delani (2. Maykl Kron-Dehli, 98), 10. Kristian Eriksen, 11. Martin Breytueyt (23. Pione Sisto, 106), 13. Matias Yorgensen, 14. Henrik Dalsqaard, 20. Yussuf Yurari Poulsen, 21. Andreas Kornelius (9. Nikolay Yorqensen, 66).
Ehtiyat oyunçular: 16. Yonas Lössl, 22. Frederik Ronnov, 3. Yannik Vesterqaard, 7. Villiam Kvist, 12. Kasper Dolberq, 15. Viktor Fişmer, 17. Striger Larsen, 18. Lukas Lerager.
Baş məşqçi: Oqe Hareyde.
Sarı vərəqə: Matias Yorgensen, 115.
Baş hakim: Nestor Pitana (Argentina).
Nijni Novqorod. Nijni Novqorod stadionu.