İdman 10:52 13.06.2018

"DÇ-2018"in açılışını məşhur müğənni edəcək

Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının açılışı dünya şöhrətli müğənni Robbi Uilyams tərəfindən ediləcək.

Qaynarinfo xəbər verir ki, sənətçi Rusiya və Səudiyyə Ərəbistanı arasndakı açılış matçından 30 dəqiqə əvvəl Moskvadakı "Lujniki" stadionunda konsert verəcək. Robbi Uilyamsla birlikdə səhnədə braziliyalı sabiq futbolçu Ronaldo və rusiyalı opera müğənnisi Aida Qarifullina da yer alacaq.

Mərasimdə 500 rəqqas, akrobatlar və s. şəxslər iştirak edəcək. 

"Party Like Russian" adlı mahnısı olan Robbi Uilyams bildirir ki, dünya çempionatında ifa eləmək onun uşaqlıq arzusudur.

Gülşən