Xəbər lenti

Da Vinçinin eskizini izləyən arxeoloqlar yeraltı tunellər tapdı
Dünya 22:39 26.06.2025

Da Vinçinin eskizini izləyən arxeoloqlar yeraltı tunellər tapdı

Alimlər Leonardo da Vinçinin 500 ildən çox əvvəl çəkdiyi eskizlərə əsaslanaraq Sforça qalasının altında gizli yeraltı tunel şəbəkəsinin mövcudluğunu təsdiqləyiblər.

Qaynarinfo "Farmingdale" nəşrinə istinadən xəbər verir ki, bu arxeoloji tapıntı İtaliyanın Milan şəhərində yerləşən və XV əsrdə Milan hersoqu Françesko Sforça tərəfindən yenidən qurulmuş məşhur Sforça qalasının tarixində mühüm yenilik olub. Leonardo da Vinçinin eskizlərində təsvir edilən yeraltı keçidlərin sadəcə konseptual deyil, real strukturlar olduğu müəyyən edilib.

Tədqiqat zamanı müasir texnologiyalardan - georadar və lazerli skan cihazlarından istifadə edilib. Qalanın bünövrəsindən bir neçə metr dərinliyə enən alimlər, mürəkkəb tunel sistemini aşkar ediblər. Bu keçidlərin qala həyatı zamanı müxtəlif funksiyalar yerinə yetirdiyi güman edilir.

Milan Politexnik Universitetindən tədqiqatçı Françeska Biolo bildirib: "Leonardo tərəfindən sənədləşdirilən tunellər, görünür, bu mürəkkəb yeraltı sistemin yalnız bir hissəsidir. Bizim texnologiya əvvəllər məlum olmayan keçidlər aşkar etdi və bu da araşdırmalar üçün yeni istiqamətlər açdı".

Ekspertlərin fikrincə, bu tunellər əsasən hərbi məqsədlər üçün nəzərdə tutulmuş, döyüşlər zamanı strateji üstünlük qazandırmış ola bilər. Bununla belə, bəzi hissələrin digər funksiyalara da malik olduğu ehtimal edilir.

Materialda xüsusi vurğulanır ki, tunellərdən ən məşhuru Sforça qalasını Santa-Mariya-del-le-Qratsi kilsəsi ilə birləşdirir. Bu kilsədə Leonardo da Vinçinin məşhur "Sonuncu şam yeməyi" əsəri saxlanılır və Sforça ailəsinin bir neçə üzvü burada dəfn olunub.

Hazırda təhlükəsizlik səbəbi ilə bu yeraltı keçidlərə birbaşa daxil olmaq mümkün deyil. Lakin alimlər bu kəşfi ictimaiyyətə çatdırmaq üçün innovativ həllər üzərində işləyirlər.

Nəşrin qeyd etdiyinə görə, hal-hazırda hazırlanmaqda olan rəqəmsal modelə əlavə reallıq funksiyaları da daxil ediləcək. Bu, Sforça qalasında yerləşən "Pinakoteka del Kastello Sforçesko”, "Rondanini Pieta muzeyi” və "Qədim incəsənət muzeyi”ni ziyarət edənlərə tunelləri virtual şəkildə araşdırmaq imkanı yaradacaq.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->