Maqazin 20:00 26.06.2021

Dado ilə Natavan yenə ayrıldı: "Münasibətimiz bitdi"

Müğənni Natavan Həbibi və reper Dadonun (Səid Əliyev) münasibəti illərdir tez-tez küsüb, barışaraq davam edir.

Axşam.az xəbər verir ki, ildə bir neçə dəfə ayrıldıqlarını, az keçmədən barışdıqlarını açıqlayan ifaçılar yenə də küsüb.

Dado bununla bağlı açıqlama yayıb. O bildirib ki, bir müddətdir ayrılıblar:

"Bu xəbəri yaxınlarım bilirdi, indi vaxtıdır hamı bilsin. Münasibətimiz çoxdan bitib və yox vəziyyətdədir. Bu susqunluq son zamanlar məni qorxudur, özü də çox pis. Qərara gəldim ki, durumumuz barədə xəbəriniz olsun”.

Qeyd edək ki, Natavan və Dado 2017-ci ildə ailə qurub. Toydan bir neçə ay sonra cütlük ayrılıb. Daha sonra barışan Natavan və Dado dəfələrlə münasibətlərinə son qoyduqlarını, sonra barışdıqlarını deyiblər. Dado ötən ilin noyabrında boşandıqlarını açıqlamışdı. Daha sonra Natavan efirə çıxaraq yenidən barışdıqlarını deyib.

Cütlüyün bu nikahdan bir oğlu var.