Ölkə 14:35 29.09.2020

Daha 10 şagirddə koronavirus aşkarlandı

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən Qaynarinfo-ya bildirilib ki, 15 şagirdin, 1 işçinin hərarəti 37 dərəcədən yuxarı olub. 

Daha 10 şagird və 1 işçidə koronavirus aşkarlanıb.

Distant təhsilə keçirilmiş siniflərin sayı 7-dir. 

Ümumilikdə indiyə qədər ölkə üzrə bir məktəb, 19 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.