Dünya 10:25 29.03.2018

Daha 3 ölkə Rusiyadakı səfirini geri çağırdı

Lüksemburqdan sonra Slovakiya, Portuqaliya və Malta da Moskvadakı səfirini geri çağırıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Slovakiya xarici işlər naziri Miroslav Layçak açıqlama verərək son 20 ildə ilk dəfə belə addım atıldığını bildirib.

Qeyd edək ki, Rusiya sabiq rus agenti Sergey Skripalın İngiltərədə zəhərlənməsində ittiham edilir. Dünyanın bir çox ölkəsi, xüsusi Avropa İttifaqına daxil olan ölkələr rus diplomatlarını ölkədən qovur və ya Rusiyadakı səfirini geri çağırır.

Gülşən