Ekonomiks 17:41 21.01.2018

Daha bir bank 2017-ci ili zərərlə başa vurub

Pakistan Milli Bankının Bakı filialı geridə qoyduğumuz 2017-ci ili 105 min manat xalis zərərlə başa vurub. Xatırladaq ki, adı çəkilən bank 2016-cı ili 15 min manat xalis mənfəətlə başa vurmuşdu.

Fins.az bankın açıqladığı hesabatlardan belə nəticəyə gəlib ki, bu ilin 1 yanvar tarixinə bankın aktivləri 11,681 milyon manat təşkil edib. Göstərici illik müqayisədə 3,7% çoxdur. Kredit kampaniyalarında adı elə də çox hallanmayan bank sən demə müştərilərinə 1.243 milyon manat kredit verib.

Pakistan Milli Bankının Bakı filialının faiz gəlirləri 829 min manat, faiz xərcləri 2 min manat, qeyri-faiz zərəri 6 min manat, qeyri-faz xərcləri 935 min manat, xüsusi ehtiyatlar ayırmalar üzrə qənaəti isə 9 min manat təşkil edib.

Bankının öhdəlikləri 55,2% artaraq 1,468 milyon manat təşkil edib. Depozit portfeli 77,5% böyuyüb. O cümlədən fiziki şəxslərin depozitləri 46,4% azalaraq 177 min manat, hüquqi şəxslərin depozitləri isə 3 dəfə artaraq 1,007 milyon manat təşkil edib.

Bankın balans kapitalı 1% azalaraq 10,213 milyon manata enib. Nizamnamə kapitalı isə dəyişməyərək 9,42 milyon manat olub.