Ekonomiks 17:45 03.09.2015

Daha bir bankın sədr müavini vəzifədən getdi

"Rabitəbank" ASC-nin rəhbərliyində kadr dəyişikliyi baş verib. Bankın İdarə Heyətinin sədr müavini Turan İsmayılov öz xahişi ilə işdən çıxıb.

T. İsmaylov "APA-Economics"ə xəbəri təsdiqləyib.

Hələlik onun yerinə təyinat olmayıb.

Qeyd edək ki, T. İsmayılov 2007-cı ildən “Rabitəbank”da çalışıb. "Rabitəbank"dan əvvəl “Parabank”da İdarə Heyətinin sədr müavini vəzifəsində və Almaniya-Azərbaycan Fondunda (GAF) məsləhətçi vəzifəsində çalışıb.

Qeyd edək ki, o, "Xəzər" Universitetinin Maliyyə fakültəsini bitirib və ABŞ-ın Texas Texniki Universitetinin “Lawrence College”ndə təhsil alıb.

Qaynar.info