İdman 16:10 15.10.2018

Daha bir erməni futbolçu "Qarabağ"la oyuna gəlmir

"Vorskla" klubunun yarımmüdafiəçisi Qeqam Kadimyan Avropa Liqasının qrup mərhələsinin III turunda Bakıda "Qarabağ"la keçirəcəkləri oyun üçün ölkəmizə gəlməyəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Bildirilir ki, buna səbəb onun zədəli olmasıdı. Çiynindən zədə alan erməni futbolçunun nə vaxt sağalacağı bilinmir.

Bundan başqa "Vorskla"nın daha 4 üzvü - Denis Vasin, Aleksandr Kobaxidze, Dmitri KravçenkoArtur zədə səbəbindən Bakıya gəlməyəcək.

Qeyd edək ki, "Arsenal"ın erməni yarımmüdafiəçisi Henrik Mxitaryan da "Qarabağ"la oyuna gəlməmişdi.