Ölkə 20:38 18.01.2022

Daha bir erməni hərbçinin qalıqları tapıldı

Qarabağda 44 günlük müharibə zamanı ölən daha bir erməni hərbçinin cəsədinin qalıqları aşkar olunub.

Bu barədə məlumatı "Sputnik Ermənistan” yayıb.

Cəsəd Cəbrayılda tapılıb. Onun şəxsiyyəti məhkəmə-tibbi ekspertizadan sonra müəyyən ediləcək.

Bildirilir ki, 2020-ci il noyabrın 9-u imzalanan bəyanatdan sonra bu günə qədər hərbi əməliyyatların həyata keçirildiyi ərazilərdə 1706 erməni hərbçinin cəsədi və cəsədinin qalıqları aşkarlanıb.