Maqazin 10:03 11.10.2017

Daha bir iştirakçı "Maşın" şounu tərk etdi: xalq artisti verilişdə ağladı (FOTO/VİDEO)

Növbəti iştirakçı “Maşın”ı tərk etdi – VİDEO + FOTO

Əməkdar artist Murad Dadaşovun təqdimatında “Xanımlar vs cənablar” şüarı ilə, “ATV” telekanalında yayımlanan “Maşın” şounu tərk edən ikinci iştirakçı məlum olub.

"Qaynarinfo" Oxu.Az-a istinadən xəbər verir ki, iştirakçılar “Faytonçu” Nazimi SMS səsverməsinə çıxarsalar da, o, nəticələri gözləmədən şounu tərk etməli olub. Verilişin ötəngünkü buraxılışında ifaçının əlini avtomobildən çəkdiyi məlum olub və həmin kadrlar canlı efirdə nümayiş etdirilib.


Keçirilən təkrar səsvermədən sonra Xalq artisti Arif Quliyev SMS səsverməsinə çıxarılıb. Səsvermənin nəticəsində qalib gələn aktyor göz yaşlarına hakim ola bilməyib və heç kəsi oyundan kənarlaşdırmayıb.

Qaynarinfo.Az