Dünya 10:08 20.12.2017

Daha bir jurnalist qətlə yetirildi

Media nümayəndələri üçün təhlükəli ölkələrdən hesab edilən Meksikada daha bir jurnalist qətlə yetirilib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Verakruz əyalətində uşağının Yeni il şənliyində iştirak edən Qumara Perez Aquilandoya naməlum şəxslər tərəfindən atəş açılıb. Çox sayda insanın gözü qarşısında baş verən hadisədə jurnalist həyatını itirib. 

Aquilando Meksikada bu il öldürülən 10-cu jurnalistdir. 

1992-ci ildən bəri ölkədə azı 40 jurnalist vəzifəsini icra edərkən dünyasını dəyişib.

Gülşən