İdman 16:34 03.11.2019

Daha bir klub Mourinyo ilə danışıqlara başladı

"Arsenal” baş məşqçisi Unai Emeri ilə yollarını ayırmaq istəyir.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Times” nəşri məlumat yayıb. Xəbərdə bildirilir ki, London klubunun rəhbərliyi komandanın hazırkı baş məşqçisi ilə futbolçular arasında münasibətlərin pisləşməsindən, həmçinin ünsiyyətdə dil probleminin olmasından narahatdı. Həmçinin iddia olunub ki, ispan məşqçinin artıq bir-iki oyunluq limiti qalıb.

"The Times”in məlumatına görə, yeni baş məşqçi axtarışında olan "Arsenal"ın idman direktoru Raul Sanlyei Joze Mourinyo ilə birgə nahar edib. Portuqaliyalı mütəxəssisin planlarının London klubunu razı saldığı bildirilir.

Qeyd edək ki, Mourinyonun "Real"la da danışıqlar apardığı bildirilir.