Dünya 12:05 02.04.2020

Daha bir ölümcül virus yayıldı: 21 nəfər həyatını itirdi

Dünyanın koronavirusla ölüm-qalım mübarizəsi apardığı bir dövrdə Nigeriyada kolera epidemiyası yayılıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, infeksiya səbəbindən 21 nəfər həyatını itirib. Bu barədə açıqlama verən Dünya Səhiyyə Təşkilatının Ebonyi əyaləti üzrə koordinatoru Eyo Nora bu vaxta qədər 155 yoluxma qeydə aldıqlarını deyib. Bildirib ki, təmiz su və gigiena çatışmazlığı səbəbindən ortaya çıxan infeksiyanın digər əyalətlərə sıçramasının qarşısını almaq üçün təcili tədbirlər görməyə başlayıblar.

Qeyd edək ki, Nigeriyada təmiz su ehtiyatlarının az olması, tibbi müdaxilələrin lazımi vaxtda və qaydasında edilə bilməməsi epidemiya və ölüm riskini artırır. Ölkədə qızılca, uşaq iflici, tif, ishal və meymun çiçək virusu kimi epidemiyalara tez-tez rast gəlinir.
 
Camal