Azərbaycanda daha bir məhkum ölümü baş verib.
Nizami rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində qeydə alınıb. Həmin müəssisədə müalicə alan, 1964-cü il təvəllüdlü Şagird İbrahim oğlu Osmanov xəstəlikdən dünyasını dəyişib. Mərhum şəkərli diabetdən əziyyət çəkirmiş.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Ş. Osmanov ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilibmiş.
Qaynar.info
Şərhlər