Ölkə 10:27 04.06.2018

Daha bir məmur işdən çıxarıldı: bu dəfə qadın müdir yola salındı

Cəlilabad rayon Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, müvafiq əmrlə şöbənin müdiri Elminaz Nadirova işdən çıxarılıb.

Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, şöbə müdirinin vəzifələrinin icrası müdir müavini Hafiz Cavadova tapşırılıb.