Siyasət 18:26 25.02.2020

Daha 14 məntəqə üzrə nəticələr ləğv edildi (YENİLƏNİB)

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 50 saylı Abşeron-Qobustan seçki dairəsindən namizəd Əfran İbrahimovun müraciətinə baxılıb.

Qaynarinfo xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü İlkin Şahbazov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu iddia edib:

"Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı yalnız 9 seçki məntəqəsində qanun pozuntusu aşkar edilib”

İclasda daha sonra həmin dairənin 9 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.
 
18.03

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən namizəd Nurlan Abbaszadə və digərlərinin müraciətinə baxılıb.

Qaynarinfo xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü Tofiq Həsənov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu iddia edib:

"Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı yalnız 2 seçki məntəqəsində qanun pozuntusu aşkar edilib”.

İclasda daha sonra həmin dairənin 2 seçki (4 və 6 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.
 
17.42

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 110 saylı Zaqatala seçki dairəsindən deputatlığa namizəd Fariz Həsən və Nurlana Cəlilin müraciətinə baxılıb.

Qaynarinfo xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu iddia edib:

"Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı yalnız 2 seçki məntəqəsində qanun pozuntusu aşkar edilib”

İclasda daha sonra həmin dairənin 24 və 26-cı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

17.07

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 27 saylı Sabunçu ikinci seçki dairəsindən namizəd Gülməmməd Abdullazadənin müraciətinə baxılıb.

Qaynarinfo xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu iddia edib:

"Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı yalnız bir məntəqədə qanun pozuntusu aşkar edilib”.

İclasda daha sonra həmin dairənin 1 seçki ( 34 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.
 
MSK 73 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizəd Yadigar Sadıqlının müraciətinə baxıb.

Məsələ ilə bağlı MSK üzvü Ramiz İbrahimov məlumat verib. Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu iddia edib: "Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı heç bir qanun pozuntusu aşkar edilməyib”.

MSK namizədin müraciətinin təmin edilməməsi,DSK-nın qərarının qüvvədə saxlanılması məsələsini müzakirəyə çıxarıb və qəbul edilib.