Siyasət 14:41 18.08.2014

Daha bir müsavatçı həbs təhlükəsi ilə üz-üzə - FOTOLAR

Müsavatda həbs təhdidləri davam edir. Fərəc və Sirac Kərimli qardaşlarının həbsindən sonra Müsavat Partiyası Gənclər Təşkilatının üzvü, partiyanın mətbuat xidmətinin əməkdaşı İsrayıl İsrafil həbs təhlükəsi ilə üzü-üzə qalıb".

Bu barədə Qaynar.info-ya Müsavat Partiyasından məlumat verilib.

Məlumata görə, ötən gün müsavatçı gəncin yaşadığı mənzilə mülki geyimli 3 nəfər gəlib, İsrayil bəyin harada olması ilə maraqlanıblar. 

Xatırladaq ki, müsavatçı gənc bir müddət əvvələ qədər Bakı Ağır Cinayətlər Məhkəməsində prosesi keçirilən NİDA-çı gənclərin məhkəməsində iştirak etdiyi zaman saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə aparılmış və fiziki təzyiqlərə məruz qalmışdı.

Qaynar.info