Ölkə 15:40 23.04.2021

Daha bir qaziyə icra hakimiyyətində vəzifə verildi (FOTO)

Qazax rayon İcra hakimiyyətində (RİH) yeni təyinatlar olub.

Qaynarinfo-nun Unikal.org-a istinadən məlumatına görə, RİH-nin başçısı Rəcəb Babaşovun əmri ilə, Çobanov Samir Natik oğlu Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Xəlilli Məhəmməd Məhərrəm oğlu həmin şöbənin böyük məsləhətçisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, S.Çobanov Vətən Müharibəsi qazisi və ehtiyatda olan kapitan, M.Xəlilli isə Vətən Müharibəsi iştirakçısıdır.