Ekonomiks 11:49 22.02.2021

Daha bir tanınmış xarici şirkət Azərbaycanla vidalaşdı

Daha bir xarici şirkət ləğv olunduğunu açıqlayıb.

Qaynarinfo xəbər verir ki, 2009-cu ildə Azərbaycanda qeydiyyatdan keçən "Seacor Marine AZ” MMC ləğv olundğunu elan edib. 

Elanda bildirilir: 

"Ümumi Yığıncağı 16.02.2021 tarixdə hüquqi şəxsin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul edib. Kreditorlar 60 gün ərzində ləğv edilən hüquqi şəxsə qarşı tələblərini Bakı şəhəri Nəsimi rayonu, Kövkəb xanım Səfərəliyeva, ev 16E, Time Business Center, mənzil 8-ci mərtəbə ünvana bildirə bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 61.7-ci maddəsinə əsasən ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaiti ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında ləğvetmə komissiyası (təsviyəçi) tərəfindən ödəniləcəkdir”.
 
Qeyd edək ki, "Seacor Marine Az" MMC-nin təsisçiləri Amerikanın "Seacor Offshore Services Inc" və "Sea Mar Offshore Llc" şirkətləridir. MMC-nin qanuni təmsilçisi Şərəf Bəxtiyar qızı Əsgərovadır. Şirkətin nizamnamə kapitalı min manat təşkil edib.

Dövlət Dəniz Administrasiyasının 2015-ci ildə açıqladığı məlumata görə, "Seacor Marine AZ” MMC-nin istismar etdiyi 3 gəmiyə sərnişindaşıma üçün icazə verilib.

Orxan Həsənli