"Lider” televiziyasında növbəti istefa baş verib.
"Qaynarinfo" ölkə.az-a istinadən xəbər verir ki, "Lider” televiziyasının "Səda” informasiya proqramının tanınmış aparıcısı Nüşabə Əliyeva bu gün işdən çıxıb.
Məlumata görə, o, öz ərizəsi ilə kanalı tərk edib.
Nüşabə Əliyeva bundan sonra "CBC Sport” kanalında çalışacaq.
Qaynarinfo.Az
Şərhlər