Ölkə 13:04 07.10.2017

Daha bir telekanal rəhbəri vəzifəsindən azad edildi

"ARB Kəpəz" Müstəqil Teleradio Şirkətinin rəhbəri vəzifəsindən azad olunub.

"Qaynarinfo" "Report"a istinadən xəbər verir ki, teleşirkətin baş direktoru Fuad Cabbarov işdən çıxarılıb.

Onun səlahiyyətləri baş direktorun müavini Nofəl Dərgahova həvalə edilib.

Məlumata görə, F.Cabbarova şirkətdə başqa vəzifə verilib.

Qaynarinfo.Az