Ekonomiks 11:57 20.06.2013

Daha bir təşklilat Azərbaycana kredit ayırır

Azərbaycan və Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) enerji sahəsində birgə iri layihə həyata keçirə bilər.

APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən mətbuat konfransında çıxış edən QDTİB-in prezidenti Andrey Kondakov bildirib.

Onun sözlərinə görə, QDTİB Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə ARDNŞ-in qonşu ölkədə həyata keçirdiyi iri layihə çərçivəsində investisiya dəstəklənməsinə dair kredit müqaviləsini təsdiqləyə bilər: «Müqavilə təsdiqlənərsə, bu, Bankın tarixində ən irihəcmli kredit olacaq».

Qeyd edək ki, ilkin ehtimallara görə, burada söhbət ARDNŞ-in Türkiyədə «STAR» neft emalı zavodunun tikintisi ilə bağlı layihədən gedir.

Qaynar.info