Ekonomiks 17:04 19.02.2021

Daha bir xarici şirkət Azərbaycandakı filialını bağladı

Daha bir xarici şirkət Azərbaycandakı filialını bağlayıb.

Qaynarinfo xəbər verir ki, Birləşmiş Krallıqda fəaliyyət gostərən "Seacor Vorldvide (AZ) İnc.” şirkətinin Azərbaycan Respublikasındakı Filialı ləğv olunduğunu elan edib. 

Kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Nəsimi rayonu, Keykəb Xanım Səfərəliyeva küçəsi, ev 16 e, Time Business Centre, 8-ci mərtəbə ünvanına bildirə bilərlər.

Qeyd edək filial 11.09.2009 tarixində Bakı şəhəri, Səbail rayonu, Xəqani, ev 45 ünvanında yaradılıb. Şirkətin qanuni təmsilçisi Anthony Jon Victor Veller olub.

Orxan Həsənli