Xəbər lenti

Daha bir xəstə QİÇS-dən sağaldı: Dünyada ikinci hadisə
Sağlamlıq 22:51 05.03.2019

Daha bir xəstə QİÇS-dən sağaldı: Dünyada ikinci hadisə

Böyük Britaniyada tarixdə ikinci dəfə olaraq QİÇS xəstəliyindən sağalma hadisəsi qeydə alınıb.

"Qafqazinfo” "The Guardian”a istinadən xəbər verir ki, pasiyent virusa qarşı anadangəlmə nadir dayanıqlığı olan donordan sümük iliyi nəql edildikdən sonra sağalıb. Xəstə sümük iliyi köçürülməsindən 3 il, antiretrovirus terapiyasından 18 ay sonra müayinəyə yollanıb və onda heç bir HİV virusunun izinə rast gəlinməyib.

Bununla yanaşı, professor Ravindra Qupta tam uğurdan söz açmaq üçün erkən olduğunu deyib. 

Qeyd edək ki, bənzər hadisə 2007-ci ildə Almaniyada baş vermişdi. Nadir genetik mutasiyası olan donordan sümük iliyi köçürülən xəstə QİÇS-dən sağalmışdı və hazırda o, heç bir virus daşıyıcısı deyil.

Mütəxəssislər donorların genetik mutasiyasının əməliyyatlarda başlıca uğur olub-olmamasını hələlik dəqiqləşdirə bilməyiblər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->