Ekonomiks 20:56 04.05.2019

Daha bir yolda hərəkət məhdudlaşdırılacaq

Mayın 5-i səhər saatlarından etibarən Xocahəsən-Lökbatan avtomobil yolunun "Meyvəli" ticarət mərkəzinin qarşısından Xocahəsən qəsəbəsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. 
 
Qaynarinfo xəbər verir ki, yolun həmin hissəsində təmir işləri aparılacaq. 
 
Məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq. 
 
Təmir işləri müddətində sürücülər alternativ olaraq Bakı-Dairəvi 1 avtomobil yolundan istifadə edə bilərlər.