Sağlamlıq 09:30 27.11.2019

Daha uzun yaşamağın effektiv yolu açıqlandı

Amerikalı alimlər mütəmadi oruc tutmağın ürək çatışmazlığı riskini azaltdığını qənaətinə gəlibər.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, aparılan araşdırma zamanı davamlı oruc tutan insanların daha uzun ömür sürdüyü məlum olub. İlk araşdırmada ürək kateterizasiyasından keçmiş 2 minə yaxın insan iştirak edib. Onların fəaliyyəti 4 il 4 ay müddətində müşahidə olunub. İştirakçılardan 389 nəfəri 5 il müntəzəm oruc tutublar. Müxtəlif amillər nəzərə alındıqdan sonra tədqiqatçılar həmin şəxslərdə ölüm riskinin 45 faiz aşağı olduğunu müəyyənləşdiriblər.
 
İkinci araşdırmada isə mütəxəssislər oruc tutmağın ürək fəaliyyətinə necə təsir etdiyini yoxlamaq məqsədilə iştirakçılar haqqında məlumatları təhlil ediblər. Məlum olub ki, oruc tutan qadınlarda ürək çatışmazlığı riski 71 faiz az olur.
 
Camal