Foto 12:35 27.11.2020

Dağlıq Qarabağda 150-yə yaxın partlayıcı zərərsizləşdirildi (VİDEO/FOTO)

Rusiya ordusunun mühəndis bölmələrinin hərbi qulluqçuları sülhməramlı qüvvələrin cavabdeh sahələrində mühəndis kəşfiyyatı və mina təmizlənməsi işlərini davam etdirirlər.

Bildirilir ki, sutka ərzində 87 partlayıcı tapılıb. Onlar xüsusi poliqona aparılaraq zərərsizləşdirilib. Ümumilikdə, Dağlıq Qarabağda sülhməramlı əməliyyat zamanı 144 bomba tapılaraq zərərsizləşdirilib.

"RİA Novosti” istehkamçıların işi ilə bağlı kadrları yayımlayıb.