Video 10:58 12.06.2020

Damla canlı yayımda hönkür-hönkür ağladı (VİDEO)

Müğənni Damla Lent.az -ın canlı yayımında qonaq olub. İfaçı ata itkisindən danışanda göz yaşlarına hakim ola bilməyib:

"Azərbaycandan kənarda karantində ata yoxluğunu daha dərindən yaşadım. Boğulmaq həddinə çatmışdım. İnsan öz evini, uşağını istəyir. Öz-özümə dedim ki, atam sağ olsaydı, mən çoxdan öz evimdə olardım. Hansı yolla olsa da, atam məni vətənə gətirərdi. Atasızlığı həmin anda hiss etdim. Sağlığında zəng edəndə, deyirdim ki, çox zəng edib narahat olma. İndi çox peşmanam. Keçmişi geri qaytarmaq istəyərdim".