Dünya 10:10 06.06.2019

Danimarkada "sol" hökuməti qurulacaq

Danimarkada ötən gün baş tutan parlament seçkilərinin ilkin nəticəsi açıqlanıb.

Qaynarinfo xəbər verir ki, səslərin artıq 93,6%-i sayılıb. Sosial Demokrat Partiyasının liderlik etdiyi "sol blok" 26% səslə seçkinin qalibi olub.
 
Ölkədəki sonuncu hökumətin lideri Lars Lökke Rasmussenin rəhbərliyindəki Liberal Partiya isə 23% səs əldə edib. Sol blok 179 nəfərlik parlamentdə 91, liberallar isə 75 yer qazanıb.

Gülşən