Dünya 12:17 18.02.2020

Danışıqlar bitdi: saziş imzalanır

Əfqanıstanda Talibanla ABŞ arasındakı sülh danışıqları başa çatıb və fevralın sonunda saziş imzalacağı gözlənilir.

Qaynrinfo xəbər verir ki, bu barədə Talibanın vəzifəli şəxslərindən olan və müzakirə qrupunun üzvü Mövləvi Əbdül Salam Hənəfi Nunn.asia saytına açıqlamasında deyib. O, sazişin ayın sonunda Dohada BMT, İƏT, Aİ və Əfqanıstanın qonşu ölkələrindən nümayəndələrin iştirakı ilə imzalanacağını bildirib.

Sazişdən öncə isə bunun üçün zəmin hazırlamaq məqsədilə şiddətin azaldılacağını deyən Hənəfi bildirib ki, razılaşmadan sonra ABŞ və Əfqanıstan hökuməti əlindəki 5 min talibançını azad edəcək, Taliban da öz növbəsində 1000 nəfəri sərbəst buraxacaq.


Əfqanıstanın daxilində isə danışıqlar əsir mübadiələsindən sonra başlayacaq. ABŞ qüvvələrinin Əfqanıstandan çıxma vaxtı və proseslə əlaqədar isə detallar açıqlanmayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl tərəflər 7 günlük atəşkəs barədə razılığa gəlmişdilər. 
 
Camal