Ölkə 10:48 02.11.2019

Daşkəsənə ilk qar yağdı

Daşkəsən rayonuna qar yağıb.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, axşam saatlarından başlayaraq Azərbaycanın Qərb bölgəsində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Belə ki, Daşkəsən rayonuna səhər saatlarından yağmağa başlayan qar hələ də davam edir.

Hazırda Gəncə şəhərində və ətraf rayonlarda yağışla müşahidə olunan küləkli hava şəraiti hökm sürür.